SON XƏBƏRLƏR

Putin Müctəba Xameneidən məktub aldığını dedi

2026.04.27, 20:38
Putin Müctəba Xameneidən məktub aldığını dedi

Gunaz.tv

Gunaz TV xəbər verir ki, yayılan videoda İranın xarici işlər naziri Abbas Araghchi ilə Vladimir Putin görüşü zamanı Rusiya prezidenti ötən həftə Müctəba Xameneidən məktub aldığını açıqlayıb.

Putin həmin məktuba toxunaraq deyib: “Zəhmət olmasa, bu məktuba görə Ali Rəhbərə minnətdarlığımı çatdırın; ona sağlamlıq və tezliklə sağalma arzularımı da yetirin.”

Rusiya prezidentinin Müctəba Xameneidən məktub aldığını bildirməsi, məktubun məzmunu barədə heç bir məlumat verilmədiyi və bundan əvvəl belə bir məktubun göndərilməsi haqda xəbərin yayılmadığı bir vaxta təsadüf edir.

Eyni zamanda, bu açıqlama Müctəba Xameneinin Ali Khameneinin ölümündən sonra İran rəhbərliyini ələ aldığı, lakin indiyədək ictimaiyyət qarşısına çıxmadığı və rəsmi mesajlarının yalnız yazılı formada yayımlandığı şəraitdə səslənib.

Abbas Araqçi bazar ertəsi Saint Petersburg şəhərinə gedərək Putinlə görüşüb. Səfər Tehran ilə Vaşinqton arasında danışıqların yenidən başlaması cəhdlərinin dayandığı dövrdə baş tutub.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar