SON XƏBƏRLƏR

Bloomberg: ABŞ blokadası İran neftinin qarşısını alır

2026.04.28, 12:04
Bloomberg: ABŞ blokadası İran neftinin qarşısını alır

"Bloomberg"in yaydığı məlumata görə, peyk görüntüləri və dənizçilik təhlillərinə əsasən, ABŞ-ın dəniz blokadasının İran xam neftinin müştərilərə çatmasının qarşısını aldığı görünür.

Gunaz.tv

Məlumata görə, ötən həftənin sonlarında İran nefti ilə yüklənmiş təxminən altı-səkkiz supertanker blokada xəttinə yaxın, Ərəb körfəzindən kənarda yerləşən Çabahar limanı yaxınlığında hərəkətsiz vəziyyətdə gözləyirdi.

Hesabatda əlavə olunur ki, yaxın ərazilərdə daha kiçik tanker gəmiləri də müşahidə edilib.

Bloomberg qeyd edir ki, bu yığım İranın hələ də gəmilərə neft yüklədiyini göstərir, lakin Hörmüz boğazından keçən trafik demək olar ki, sıfıra enib və anbar imkanları məhdudlaşdıqca Tehranın tezliklə hasilatı dayandırmağa məcbur qala biləcəyi ehtimal olunur.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar