SON XƏBƏRLƏR

Müharibə başlayandan bəri körfəzdən ilk LNG yüklü gəmi çıxıb – Bloomberg

2026.04.28, 13:25
Müharibə başlayandan bəri körfəzdən ilk LNG yüklü gəmi çıxıb – Bloomberg

"Bloomberg"in yaydığı məlumata görə, İranla müharibənin başlamasından sonra ilk dəfə mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan yük Hörmüz boğazını keçərək Ərəb körfəzindən çıxıb.

Gunaz.tv

Məlumata əsasən, BƏƏ-nin Abu Dabi Milli Neft Şirkətinin Das adası terminalından martın əvvəlində LNG yükləyən “Mubaraz” tankeri hazırda Hindistanın cənub ucundan keçir. Bu barədə gəmi izləmə məlumatlarına istinadən bildirilir.

Hesabatda qeyd olunur ki, tanker bundan əvvəl Ərəb körfəzində hərəkətsiz vəziyyətdə idi və təxminən 31 mart tarixində siqnal ötürməni dayandırmışdı.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar