SON XƏBƏRLƏR

ABŞ-ın ən böyük aviadaşıyıcısı Yaxın Şərqdən çıxdı

2026.05.01, 18:28
ABŞ-ın ən böyük aviadaşıyıcısı Yaxın Şərqdən çıxdı

Müharibə sona yaxınlaşır?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Fransa xəbər agentliyi bir amerikalı rəsmiyə istinadən bildirib ki, "USS Gerald Ford" aviadaşıyıcısı İrana qarşı hərbi əməliyyatlarda iştirak etdikdən sonra Yaxın Şərq regionunu tərk edib və hazırda ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasında yerləşir.

Məlumata əsasən, "Gerald Ford" aviadaşıyıcısı 10 aydan çoxdur dənizdədir və daha əvvəl onun Qırmızı dənizdə yerləşdiyi bildirilmişdi.

ABŞ və İsrailin İranla müharibəsi zamanı bu aviadaşıyıcı paltaryuyan bölməsində baş verən yanğın səbəbilə təmir məqsədilə bir müddət Yaxın Şərqdəki CENTCOM əməliyyat zonasından çıxarılmışdı.

"Gerald Ford" kimi dünyanın ən böyük aviadaşıyıcısının bölgədən çıxması ilə hazırda Yaxın Şərqdə ABŞ-ın iki digər aviadaşıyıcısı qalır. Bunlar İranın dəniz mühasirəsində rol oynayan "USS Abraham Lincoln" və "USS George Bush" aviadaşıyıcılarıdır.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar