SON XƏBƏRLƏR

Vəziyyəti ağırlaşan Nərgiz Məhəmmədi xəstəxanaya köçürülüb

2026.05.02, 10:03
Vəziyyəti ağırlaşan Nərgiz Məhəmmədi xəstəxanaya köçürülüb

Zəncan həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən, o cümlədən ürək çatışmazlığından əziyyət çəkən hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi mayın 1-də xəstəxanaya köçürülüb və reanimasiya bölməsində yerləşdirilib.

Gunaz.tv

Bu barədə onun vəkili Mustafa Nili məlumat yayıb.

Məlumata görə, bundan əvvəl müalicəsinə icazə verilməyən Məhəmmədinin vəziyyəti ağırlaşıb və huşunu itirdikdən sonra həbsxana rəhbərliyi onun xəstəxanaya köçürülməsi ilə razılaşıb.

"Nərgiz Məhəmmədinin qan təzyiqi düşüb və sinə qəfəsəsindəşiddətli ağırlar başladıqdan sonra onu müayinə edən həbsxana həkimləri təcili müalicə olunması barədə yenidən arayış veriblər",- Mustafa Nili bildirib.

Vəkil həmçinin deyib ki, Zəncan əyaləti Məhkəmə Tibbi Komissiyasının müalicə üçün Məhəmmədinin cəzasının icrasının bir ay müddətinə təxirə salınmasının zəruriliyi barədə tövsiyələrinə baxmayaraq, Zəncan Prokurorluğu bununla razılaşmayıb və məsələnin Tehran Prokurorluğunun qərarından asılı olduğunu bildirib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi son dəfə ötən il dekabrın 12-də ofisində ölü tapılan vəkil Xosrov Alikurdinin xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar