SON XƏBƏRLƏR

Tramp İranın uzunmüddətli dəniz blokadasını nəzərdən keçirir – Reuters

2026.05.02, 10:56
Tramp İranın uzunmüddətli dəniz blokadasını nəzərdən keçirir – Reuters

ABŞ Prezidenti Donald Tramp qapalı görüşlərdə İranın neft ixracını məhdudlaşdırmaq və nüvəsizləşmə razılaşmasına nail olmaq məqsədilə uzunmüddətli dəniz blokadası variantını müzakirəyə çıxarıb.

Gunaz.tv

Bu barədə Reuters Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, blokada aylarla davam edə bilər. Lakin hələlik yekun qərar verilməyib və strategiya tam aydın deyil.

Eyni zamanda, Tramp hərbi əməliyyatların yenidən başlanması ehtimalını da istisna etməyib. Axios-un məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı qısa müddətli zərbələrdən tutmuş Hörmüz boğazında gəmiçiliyin yenidən açılmasına yönəlmiş addımlara qədər müxtəlif variantlar hazırlayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar