SON XƏBƏRLƏR

ABŞ və İran müharibəni bitirmək üçün bir səhifəlik memorandum üzrə razılaşmaya yaxınlaşır – Axios

2026.05.06, 13:20
ABŞ və İran müharibəni bitirmək üçün bir səhifəlik memorandum üzrə razılaşmaya yaxınlaşır – Axios

ABŞ təklif olunan razılaşmanın əsas məqamları ilə bağlı növbəti 48 saat ərzində İrandan cavab gözləyir.

Gunaz.tv

Bu barədə Axios ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər daha ətraflı nüvə danışıqları üçün çərçivə müəyyən edəcək bir səhifəlik anlaşma memorandumu üzərində müzakirələr aparırlar.

Hələlik heç bir yekun razılaşma əldə olunmayıb, lakin mənbələr bildirir ki, bu, müharibə başlayandan bəri tərəflərin razılığa ən çox yaxınlaşdığı mərhələdir.

Hesabatda qeyd olunur ki, Ağ Ev son danışıqlarda müəyyən irəliləyiş əldə edildiyini düşünür.

Məlumatda, həmçinin, Ağ Evdə İran rejimi daxilində parçalanmanın olduğu və müxtəlif qüvvələr arasında yekdil razılaşmaya gəlməyin çətin olduğuna inanıldığı qeyd edilib.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar