SON XƏBƏRLƏR

Tehran Naxçıvan hücumunu araşdıracağını bildirdi

2026.05.10, 17:18
Tehran Naxçıvan hücumunu araşdıracağını bildirdi

Azərbaycan: Tehran Naxçıvandakı PUA hücumunun araşdırılacağına söz verdi.

Gunaz.tv

İran tərəfi Naxçıvan istiqamətində baş verən raket-PUA insidentinin araşdırılacağını Azərbaycan tərəfinə vəd edib.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən ziyarət zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazirin sözlərinə görə, hadisə baş verən kimi Azərbaycan tərəfi dərhal reaksiya verib və İranla bir neçə dəfə əlaqə saxlayıb:

“İran İslam Respublikasının prezidenti (Məsud Pezeşkian) tərəfindən cənab prezidentə (İlham Əliyev) zəng olub. Mənim də İranın xarici işlər naziri ilə bir neçə telefon danışığım baş tutub. İran tərəfi iddia edir ki, raketlər və pilotsuz uçuş aparatları İran ərazisindən buraxılmayıb. Onların yanaşmasına görə, burada üçüncü ölkələrin təxribat xarakterli addımı ehtimalı var. Bu məsələ ilə bağlı hərbi xətlər vasitəsilə də bir neçə təmas həyata keçirilib.”

Xatırladaq ki, martın 5-də İran ərazisindən Naxçıvan istiqamətində pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib. PUA-lardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava limanına edilən hücum nəticəsində dörd mülki şəxs yaralanıb.

Hadisədən sonra İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan tərəfi cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

 

GünAzTV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar