SON XƏBƏRLƏR

Müharibədə İranı daha kim vurub?

2026.05.13, 07:02
Müharibədə İranı daha kim vurub?

Səudiyyə İranı həqiqətənmi bombalayıb?

Gunaz.tv

Reuters Səudiyyə Ərəbistanının birbaşa İran ərazisinə hücum etdiyini açıqlayıb və yazıb ki, Səudiyyə müharibə zamanı İranı hava zərbələri ilə hədəfə alıb.

Gunaz TV-nin məlumatına görə, Reuters eksklüziv hesabatında iki Qərb rəsmisi və iki İran rəsmisinə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı son müharibə zamanı Tehranın hücumlarına cavab olaraq İran daxilində bir neçə hədəfə hava zərbələri endirib.

İki Qərb rəsmisi Reuters-ə bildiriblər ki, bu əməliyyat Səudiyyə hava qüvvələri tərəfindən mart ayının sonlarında həyata keçirilib. Mənbələrdən biri bu hücumların “Səudiyyəyə edilən hücuma cavab” olduğunu deyib.

Reuters bu hücumların konkret hədəflərini müstəqil şəkildə təsdiqləyə bilmədiyini açıqlayıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli rəsmisi bu hücumlarla bağlı suala birbaşa cavab verməyib. İran Xarici İşlər Nazirliyi də indiyədək məsələ ilə bağlı şərh verməyib.

Wall Street Journal da bazar ertəsi xəbər vermişdi ki, Birləşmiş Ərəb Əmirlikləri eyni müharibə zamanı İrana qarşı hərbi hücumlar həyata keçirib.

Wall Street Journal-ın məlumatına görə, bu hücumlardan biri Ərəb körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodunu hədəf alıb və əməliyyat aprelin əvvəllərində baş verib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar