SON XƏBƏRLƏR

FT: İranla bağlı vəziyyətə görə qlobal enerji böhranı yeni bir mərhələyə qədəm qoyur

2026.05.18, 11:37
FT: İranla bağlı vəziyyətə görə qlobal enerji böhranı yeni bir mərhələyə qədəm qoyur

ABŞ və İsrailin İrana qarşı müharibəsindən sonra yaranan qlobal enerji böhranı yay yeni bir mərhələyə qədəm qoyur.

Gunaz.tv

Bu barədə "Financial Times" yazıb.

"İranla bağlı münaqişənin yaratdığı enerji böhranının yeni və daha təhlükəli mərhələsinə qədəm qoyduğu bir vaxtda təxminən 80 ölkə iqtisadiyyatlarını qorumaq üçün təcili tədbirlər tətbiq edib. Yayın əvvəlində Şimal yarımkürəsində kondisionerlərə və istirahət səyahətlərinə artan tələbat xam neft, benzin, dizel və reaktiv yanacaq tədarükünə əlavə təzyiq göstərəcək", - deyə məlumatda qeyd olunub.

Aberdin Universitetinin baş iqtisadçısı Pol Diql bildirib ki, onun komandası hazırda Brent markalı xam neftin qiymətinin bir barel üçün 180 dollara qədər yüksələcəyi və bunun bir sıra Avropa və Asiya ölkələrində inflyasiyanın kəskin şəkildə artmasına və tənəzzülə səbəb olacağı ssenarini araşdırır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar