SON XƏBƏRLƏR

"MQ-9 Reaper" İran müharibəsində “ən dəyərli iştirakçısı” olub — hesabat

2026.05.21, 11:33
"MQ-9 Reaper" İran müharibəsində “ən dəyərli iştirakçısı” olub — hesabat

ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Kennet S. Vilsbax bildirib ki, "MQ-9 Reaper" pilotsuz uçuş aparatı “Epik Qəzəb” əməliyyatı zamanı İrana qarşı həyata keçirilən əməliyyatların “ən dəyərli iştirakçısı” olub.

Gunaz.tv

Bu barədə “Air & Space Forces Magazine” məlumat yayıb.

Məlumata görə, İranın hava hücumundan müdafiə sistemləri və regiondakı ABŞ bazalarına hücumlar nəticəsində bu dronlardan təxminən 30-u itirilsə də, "MQ-9 Reaper" münaqişə dövründə düşmənə digər bütün ABŞ təyyarələrindən daha çox zərbə endirib.

Vilsbax bildirib ki, “zərbə əməliyyatlarının həcminə görə heç bir platforma MQ-9-a yaxın belə deyil.” O, pilotsuz aparatın pilot həyatı riskə atılmadan uzunmüddətli əməliyyatlar həyata keçirmək imkanı verməsini xüsusi vurğulayıb.

Hesabatda qeyd olunur ki, "Reaper" dronları İran üzərində davamlı uçuşlar həyata keçirərək raket buraxıcı qurğularını, hava bazalarını və mobil hədəfləri vurub. Eyni zamanda onlar Hörmüz boğazı ətrafında ABŞ-ın tətbiq etdiyi hərbi blokadanın icrasına da dəstək veriblər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar