SON XƏBƏRLƏR

Cənubi Koreya İran səfirini çağıracaq- Səbəb

2026.05.27, 16:03
Cənubi Koreya İran səfirini çağıracaq- Səbəb

Cənubi Koreya Hörmüz boğazında gəmiyə edilən hücuma etiraz olaraq İran səfirini çağıracağını açıqlayıb.

Gunaz.tv

Bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Hökumətimiz istintaqın nəticələrini izah etmək, gəmimizə edilən hücumla bağlı kəskin etirazını bildirmək və belə bir hadisənin təkrarlanmasının qarşısını almaq üçün tədbirlər də daxil olmaqla, məsuliyyətli tədbirlər tələb etmək üçün İran səfirini çağırmaq niyyətindədir",- məlumatda bildirilib.

Çağırış, Seul hökumətinin araşdırmasının gəmiyə hücuma görə İran istehsalı olan raketin səbəb olduğu qənaətinə gəldiyini açıqlamasından sonraya təsadüf edir.

Gəmi mayn 4-də Hörmüz boğazında naməlum təyyarə tərəfindən hədəfə alınıb.

Tehran hücumun məsuliyyətini öz üzərinə götürməkdən boyun qaçırır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar