SON XƏBƏRLƏR

Tramp CNN-ə: İranın gəmiləri okeanın dibindədir

2026.05.28, 06:55
Tramp CNN-ə: İranın gəmiləri okeanın dibindədir

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp İranın hərbi dəniz qüvvələri ilə bağlı istehzalı görüntünü “Truth Social” sosial şəbəkəsində paylaşıb.

Süni intellekt vasitəsilə hazırlanmış görüntüdə İran bayraqları olan onlarla hərbi gəmi okeanın dibində göstərilir. Şəklin üzərində belə yazılıb:
“CNN: İranın donanması güclüdür”
və davamında qeyd olunub:
“Bu arada... okeanın dibində”.

Donald Tramp uzun illərdir “CNN” televiziya kanalı ilə gərgin münasibətlər yaşayır və bu media qurumunu dəfələrlə “saxta xəbərlər” yaymaqda ittiham edib. O, prezidentliyi dövründə də kanalın jurnalistlərini və reportajlarını sərt şəkildə tənqid etmişdi.

Trampın bu paylaşımı son günlər Vaşinqton və Tehran arasında davam edən gərginlik fonunda diqqət çəkib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar