SON XƏBƏRLƏR

İranda işçilər keyfiyyətsiz qidadan zəhərləndi

2026.05.28, 12:13
İranda işçilər keyfiyyətsiz qidadan zəhərləndi

İranın Behabad rayonunun sənaye mərkəzlərindən birində 8 işçi keyfiyyətsiz və vaxtı keçmiş qidadan zəhərlənib.

Gunaz.tv

Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb.

Məlumata görə, zəhərlənən işçilər xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilib.

Bununla yanaşı Osləviyyə rayonunun "Dəmavənd Enerjitika Şirkəti"ndə baş verən iş qəzası nəticəsində bir nəfər həyatını itirib, 2 işçi isə ağır yaralanıb.

Qeyd edək ki, son bir il ərzində İranda işlə bağlı qəzalarda ən azı 5019 işçi həlak olub və ya yaralanıb. İranlı işçilərin əksəriyyəti iş təhlükəsizliyi və ya müvafiq sığorta təminatı olmayan şəraitdə işləyir, müfəttişlərin olmaması və zəif təhlükəsizlik infrastrukturu peşə qəzalarının qeydə alınması və qarşısının alınmasında ciddi çətinliklər yaradır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar