Nəşrin məlumatına görə, İranın “Ərəb Körfəzi Boğazı İdarəsi” Çinlə əlaqəli gəmilərdən Səudiyyə neftini Hörmüz boğazından keçirmək üçün hər tranzitə görə 2 milyon dollara qədər ödəniş tələb edir. Hindistan bayrağı altında üzən tankerlərə isə ikitərəfli razılaşma əsasında pulsuz keçid imkanı verilir.
Təhlildə qeyd olunur ki, bu sistem Hörmüz boğazının tam bağlanması deyil, üçpilləli idarə olunan keçid rejimidir:
- Hindistan, İraq və Pakistan kimi ölkələr üçün istisnalar;
- Çinlə əlaqəli operatorlar üçün rüsumlar;
- Tələblərə əməl etməyən gəmilər üçün icra və cəza tədbirləri.
"House of Saud" bu siyasətin əsas təsirinin Səudiyyə Ərəbistanının Çinlə neft ticarətinə olduğunu bildirib. Bazar məlumatlarına əsasən, müharibə başlayandan bəri Səudiyyə neftinin Çinə ixracı 60 faizdən çox azalıb.
Hesabatda Səudiyyə Ərəbistanının Hindistana göndərilən neftin böyük hissəsinin Şərq-Qərb Boru Kəməri vasitəsilə Yanbu şəhərindəki Qırmızı dəniz terminalına yönləndirildiyi və bununla da həmin ticarətdə Hörmüzdən asılılığın azaldıldığı qeyd edilib.
C