SON XƏBƏRLƏR

WSJ: Tramp yalnız ABŞ hərbçiləri həlak olacağı halda, İranla sazişdən imtina edəcək

2026.06.04, 11:13
WSJ: Tramp yalnız ABŞ hərbçiləri həlak olacağı halda, İranla sazişdən imtina edəcək

ABŞ Prezidenti Donald Tramp öz ətrafındakılara yalnız Birləşmiş Ştatların hərbi qulluqçuları həlak olacağı təqdirdə, İranla mövcud atəşkəs rejimindən imtina etmək niyyətində olduğunu deyib.

Gunaz.tv

Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

"Dövlət başçısı köməkçiləri ilə şəxsi söhbətlərində yalnız Tehranın Amerika hərbçilərinin ölümü ilə nəticələnən zərbə endirəcəyi halda, İranla atəşkəs məsələsinə yenidən baxmağa hazır olduğunu deyib", - nəşr ABŞ administrasiyasının məlumatlı nümayəndələrinin sözlərini gətirib.

Qəzetin həmsöhbətləri xüsusi olaraq qeyd ediblər ki, tərəflər arasında davam edən "toqquşma"lara baxmayaraq, qüvvədə olan atəşkəs rejimi əvvəlki kimi qorunub saxlanılır.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar