SON XƏBƏRLƏR

İranda ekiz qardaşlar edam ediləcək

2026.06.05, 10:43
İranda ekiz qardaşlar edam ediləcək

Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsi Kərəcin Qızılhisar həbsxanasında saxlanılan Həsən və Hüseyn Əmiri adlı 20 yaşlı ekiz qardaşları edam cəzasına məhkum edi.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Onların müharibə dövründə "İsrail casusluq etmək"də günahlandırıldıqları bildirilib.

"Onların mobil telefonlarında hədəf alınmış binaların fotolarının olması barələrində casusluq ittihamının irəli sürülməsinin əsasını təşkil edir",- məlumatda qeyd olunub.

İnsan haqları fəallarının sözlərinə görə, qardaşlar 2 yaşlarından kimsəsiz uşaqlar evində böyüyublər və buna görə də onların müdafiəsini təşkil edən, vəziyyətləri ilə maraqlanan kmsə yoxdur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar