SON XƏBƏRLƏR

“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”

2026.06.07, 13:12
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”

Gunaz.tv

Gunaz TV – ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Pat Fallon Vaşinqtonla Tehran arasındakı münasibətlərin gələcəyi barədə danışarkən bildirib ki, onun fikrincə, İran rejimi ilə hərbi qarşıdurma sonda qaçılmaz olacaq.

Pat Fallon bu fikirləri Fox News telekanalına müsahibəsində, Donald Tramp administrasiyasının İran hökuməti ilə apardığı danışıqların dayandırılması ehtimalı ilə bağlı suala cavab verərkən səsləndirib.

O bildirib: “İran rejimi indiyədək heç vaxt xoş niyyətlə danışıqlara qatılmayıb və bu danışıqlardan öz məqsədlərini irəli aparmaq üçün istifadə edib.”

Amerikalı qanunverici həmçinin SEPAH-ı “həddindən artıq radikal” adlandırıb və bu qurumun danışıqlar və beynəlxalq münasibətlər məsələsində qeyri-məntiqi yanaşma sərgilədiyini iddia edib.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar