SON XƏBƏRLƏR

Qətər, BƏƏ və Pakistan Trampı İrana zərbə endirmək fikrindən daşındırıb

2026.06.12, 08:34
Qətər, BƏƏ və Pakistan Trampı İrana zərbə endirmək fikrindən daşındırıb

Politico-nun rəsmilər və bir diplomatın məlumatına istinadən yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp İranı “bu gecə çox sərt vurmaqla” hədələdikdən sonra Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan liderləri ona zəng edərək hücum planlarını təxirə salmağa çağırıblar.

Gunaz.tv

Onlara Trampa ilkin razılaşmanın əldə olunmasının yaxın olduğunu bildiriblər.

Cümə axşamı yayımlanan məlumata görə, daha əvvəl açıqlanmayan bu telefon danışıqları Trampın hücum planlarından geri çəkilməsinə təsir göstərib.

Məlumata görə Donald Trampa edilən zənglər Qətər əmiri Təmim bin Həməd Əl-Tani, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan və Pakistanın müdafiə naziri Asim Munir tərəfindən həyata keçirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar