SON XƏBƏRLƏR

Axios: ABŞ razılaşma çərçivəsində dondurulmuş vəsaitlərlə bağlı İranın iddialarını rədd edib

2026.06.15, 08:57
Axios: ABŞ razılaşma çərçivəsində dondurulmuş vəsaitlərlə bağlı İranın iddialarını rədd edib

ABŞ-ın yüksək vəzifəli rəsmisi İranın yekun saziş üzrə danışıqlar başlamazdan əvvəl milyardlarla dollar dəyərində dondurulmuş vəsaitə çıxış əldə edəcəyi barədə iddiaları rədd edərək, bunu “təhrif” adlandırıb.

Gunaz.tv

Rəsmi şəxs Axios-a bildirib ki, İranın 60 günlük danışıqlar dövrü başlamazdan əvvəl bloklanmış 12 milyard dollar vəsaitə qeyd-şərtsiz çıxış əldə edəcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

“Bu, tamamilə yanlışdır,” – deyə rəsmi bildirib. “Bu, öhdəliklərin yerinə yetirilməsinə əsaslanan bir razılaşmadır və iranlılar öz öhdəliklərini həyata keçirmədən heç bir dondurulmuş vəsait azad edilməyəcək.”

İran rəsmiləri isə yekun danışıqların yalnız bəzi əsas öhdəliklər, o cümlədən dondurulmuş aktivlərin bir hissəsinin sərbəst buraxılması və dəniz blokadasının ləğv edilməsindən sonra başlayacağını bildirmişdilər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar