SON XƏBƏRLƏR

İsrail İrana geniş zərbə planını ləğv edib — Times of Israel

2026.06.16, 11:41
İsrail İrana geniş zərbə planını ləğv edib — Times of Israel

"The Times of Israel"in çərşənbə axşamı yaydığı məlumata görə, İsrail Hərbi Hava Qüvvələri son döyüşlər zamanı İranda yüzlərlə hədəfə genişmiqyaslı zərbə endirməyə hazırlaşırdı, lakin əməliyyat startdan cəmi bir saat əvvəl dayandırılıb.

Gunaz.tv

Bu barədə Hərbi Hava Qüvvələri komandanı general-mayor Omer Tişlerin əsgərlərə göndərdiyi mesajda bildirilib.

Tişler qeyd edib ki, İsrail təyyarələri artıq İranın raket hücumlarına cavab olaraq ölkə ərazisində onlarla hədəfi vurmuşdu və bu zərbələr nəticəsində İranın hava hücumundan müdafiə sisteminə ciddi ziyan dəymiş, həmçinin digər hökumətlə əlaqəli obyektlər də hədəfə alınmışdı.

O bildirib ki, iyunun 8-i günortaya qədər Hərbi Hava Qüvvələrinin bütün heyəti İranın mərkəzində yerləşən yüzlərlə obyekti hədəf alan genişmiqyaslı hücum üçün hazır vəziyyətə gətirilmişdi, lakin eskadrilya brifinqləri zamanı əməliyyat dayandırılıb.

Məlumata görə, zərbələrin ləğv edilməsinə İsrail Baş naziri Benyamin Netanyahu qərar verib. Buna səbəb isə ABŞ Prezidenti Donald Trampın Netanyahunu İranla qarşıdurmanı daha da eskalasiya etməməyə çağırması olub.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar