SON XƏBƏRLƏR

Memorandumun mətni hazırdır, amma yayımlanmır — səbəb nədir?

2026.06.16, 20:18
Memorandumun mətni hazırdır, amma yayımlanmır — səbəb nədir?

Vens: Memorandumun mətni siyasi həssaslıqlara görə hələ açıqlanmayıb.

Gunaz.tv

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla əldə olunan memorandumun mətni bəzi diplomatik və siyasi həssaslıqlara görə hələ ictimaiyyətə açıqlanmayıb.

Gunaz TV-nin məlumatına görə, Vens ABŞ administrasiyasının memorandumun dərcini təxirə saldığını deyib. Onun sözlərinə görə, bu proses düzgün idarə edilməli və mərhələli şəkildə həyata keçirilməlidir.

Vens qeyd edib ki, İran, Qətər, Pakistan və digər bəzi vasitəçilər razılaşmanın açıqlanması prosesində diplomatik məqamların nəzərə alınmasını istəyiblər. O, həmçinin ərəb və müsəlman dünyasında müəyyən həssaslıqların mövcud olduğunu vurğulayıb.

ABŞ vitse-prezidenti eyni zamanda xəbərdarlıq edib ki, əgər İran üzərinə götürdüyü öhdəliklərə əməl etməsə, Vaşinqton bu prosesdən geri çəkilə bilər. O bildirib ki, ABŞ hazırda güclü mövqedədir və İslam Respublikasının nüvə proqramına ciddi zərbə vurub.

Bu arada Donald Tramp açıqlayıb ki, İranla əldə olunan anlaşma ikinci mərhələyə daxil olub. O bildirib ki, qarşıdakı 60 gün ərzində İranın nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatları danışıqların əsas mövzusu olacaq.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar