SON XƏBƏRLƏR

İran qəzeti: ABŞ-la memorandum davamlı həll deyil, müharibəni idarəetmə vasitəsidir

2026.06.20, 10:42
İran qəzeti: ABŞ-la memorandum davamlı həll deyil, müharibəni idarəetmə vasitəsidir

Uzun illərdir mühafizəkar xətti ilə tanınan “Ettelaat” qəzeti Tehran və Vaşinqton arasında imzalanmış memorandumun daha geniş müharibənin qarşısını almağa kömək etdiyini, lakin uzunmüddətli sabitliyə təminat vermədiyini bildirib.

Gunaz.tv

Qəzet yazıb ki, memorandumun rəsmi imzalanmasından sonra əsas sual onun davamlı olub-olmayacağı və Donald Trampın rəhbərlik etdiyi ABŞ-a yekun razılaşmaya doğru irəliləmək məsələsində etibar edilə bilib-bilinməyəcəyidir.

Məqalədə qeyd olunub ki, memorandum əsas məsələləri gələcəyə saxlayıb və hər iki tərəf mürəkkəb danışıqlara başlamazdan əvvəl ilk növbədə böhranın dərinləşməsinin qarşısını almağı seçib.

Məqaləyə görə, memorandum “böhranın sonundan daha çox idarə olunan rəqabətin yeni mərhələsinin başlanğıcıdır”. Bildirilib ki, sənədin uzunmüddətli davamlılığına heç bir təminat yoxdur və o, daha çox genişmiqyaslı müharibənin qarşısını almaq və enerji bazarlarını nəzarətdə saxlamaq üçün bir vasitə rolunu oynayır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar