SON XƏBƏRLƏR

İsrail gizli şəkildə İrana peyk interneti avadanlıqları göndərib

2026.06.23, 21:25
İsrail gizli şəkildə İrana peyk interneti avadanlıqları göndərib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin keçmiş baş naziri Naftali Bennett hakimiyyətdə olduğu dövrdə İran daxilində etirazçılara və müxaliflərə yardım məqsədilə minlərlə Starlink cihazının gizli şəkildə ölkəyə göndərilməsi planının başladıldığını açıqlayıb.

Bennett çərşənbə axşamı bildirib ki, bu avadanlıqlar internetin kəsildiyi dövrlərdə etirazçıların əlaqə saxlamasına və koordinasiya qurmasına imkan verməli, eyni zamanda İran hakimiyyətinin zəiflədilməsinə xidmət etməli idi. O əlavə edib: “Təəssüf ki, İsrailin hazırkı səriştəsiz hökuməti bu işi dayandırdı. Etirazlar başlayanda isə həmin infrastruktur artıq mövcud deyildi”.

“SpaceX” şirkətinə məxsus olan Starlink peyk interneti xidməti İranda rəsmi fəaliyyət icazəsinə malik deyil. Buna baxmayaraq, son illərdə bəzi istifadəçilər bu xidmətdən yararlana biliblər.

Keçmiş baş nazir həmçinin Benyamin Netanyahu hökumətini İran siyasətində “səriştəsizlikdə” ittiham edib və bildirib ki, sonrakı hökumət bu avadanlıqların İrana göndərilməsi proqramını davam etdirməyib.

Gələcək seçkilər öncəsi siyasi fəaliyyətini yenidən aktivləşdirən Bennett hakimiyyətə qayıdacağı təqdirdə İrana qarşı təzyiq və zəiflətmə siyasətini davam etdirəcəyini vurğulayıb. O qeyd edib ki, bu siyasət hərbi variantlarla yanaşı, “sənaye və iqtisadi sabotaj” tədbirlərini də əhatə edə bilər.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar