SON XƏBƏRLƏR

Donald Trampın yaxın çevrəsinin bəzi üzvləri Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının məqsədlərini genişləndirməməsindən narazı qalıblar

2026.06.26, 08:35
Donald Trampın yaxın çevrəsinin bəzi üzvləri Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının məqsədlərini genişləndirməməsindən narazı qalıblar

ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinin bəzi üzvləri Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının məqsədlərini genişləndirməməsindən narazı qalıblar.

Gunaz.tv

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu açıqlamanı İsveçrənin Bürgenştok şəhərində Amerka və İran arasında anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı danışıqları şərh edərkən verib.

Vensin sözlərinə görə, əməliyyatın məqsədlərini genişləndirməyi təklif edən ABŞ administrasiyasının müttəfiqlərindən də tənqidlər gəlib.

"Prezident Donald Tramp qarşımızda aydın məqsəd qoyub: onların ənənəvi silahlarının məhvi, onların güc nümayiş etdirmək qabiliyyətinin məhdudlaşdırılması və heç vaxt nüvə silahına sahib olmamalarını təmin etmək. Lakin bəziləri "Bu, yaxşıdır, amma sizin fərqli bir məqsədiniz olmalıdır" deməyə çalışıblar", - deyə vitse-prezident Kaliforniyanın Yorba Linda şəhərindəki Riçard Nikson Kitabxanasında çıxışında bildirib.

Vens əlavə edib ki, iş hələ bitməyib, amma indiyə qədər hər şey yaxşı gedir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar