SON XƏBƏRLƏR

NYT: Omanın Hörmüz boğazı üçün alternativ marşrutu İranı qəzəbləndirib və hərəkətə keçməsinə səbəb olub

2026.06.26, 21:39
NYT: Omanın Hörmüz boğazı üçün alternativ marşrutu İranı qəzəbləndirib və hərəkətə keçməsinə səbəb olub

The New York Times qəzetinin adının açıqlanmasını istəməyən iranlı rəsmiyə istinadən yaydığı məlumata görə, Omanın gəmilər üçün Hörmüz boğazından ödənişsiz alternativ marşrut təqdim etməsi Tehranı qəzəbləndirib və İranın bu strateji keçid üzərindəki nəzarətini zəiflədib.

Gunaz.tv

Bu isə İranı mülki gəmilərə qarşı pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməyə sövq edib.

Mənbənin sözlərinə görə, Tehran Omanın bu addımını Hörmüz boğazı üzərindəki öz səlahiyyətinə qarşı çıxış kimi qiymətləndirib.

Məlumata əsasən, İran alternativ tranzit marşrutunun boğazdan keçən gəmilər üzərindəki təsir imkanlarını azaltdığı qənaətinə gəldikdən sonra buna cavab vermək qərarı qəbul edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar