SON XƏBƏRLƏR

"FT": Hörmüz boğazında gəmiçiliyin bərpası minalar səbəbindən aylar çəkəcək

2026.06.29, 09:57
"FT": Hörmüz boğazında gəmiçiliyin bərpası minalar səbəbindən aylar çəkəcək

İranla ABŞ arasında atəşkəs qüvvədə olsa belə, Hörmüz boğazında gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qayıtması minalar səbəbindən aylar çəkəcək.

Gunaz.tv

Bu barədə Britaniyanın "Financial Times" qəzetinə verdiyi müsahibədə Yaponiyanın NYK Line gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa bildirib.

Soqa qeyd edib ki, gəmiçilik üçün mövcud marşrutlar olduqca məhduddur və onlar çox dar dəhlizlərdir: "Hörmüz boğazının bağlanmasından əvvəlki vəziyyətə qayıtmasından hələ də çox uzağıq".

Qəzet gəmilərin yalnız iki marşrutla hərəkət edə biləcəyini izah edib: İranın Larak adası yaxınlığında və Oman sahilləri boyunca. Məqalədə Hörmüz boğazında 80-ə qədər minanın qala biləcəyi bildirilib.

"Gəmilər boğaza maneəsiz daxil olub çıxa bilsələr belə, nəqliyyat həcmi bir müddət normal səviyyənin yarısından az qalacaq", - deyə NYK Line şirkətinin rəhbəri izah edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar