SON XƏBƏRLƏR

Tramp və Netanyahu tezliklə görüşəcək

2026.07.03, 21:36
Tramp və Netanyahu tezliklə görüşəcək

Tramp və Netanyahu arasında telefon danışığı oldu.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrail Baş nazirinin Ofisi İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Trampın cümə günü telefon danışığı apardığını açıqlayıb.

Kanal 12-nin məlumatına əsasən, Netanyahu telefon danışığı zamanı ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Trampı təbrik edib və vurğulayıb: “ABŞ dünyada azadlığın təminatçısıdır.” O bildirib ki, İsrail ABŞ ilə yaxın münasibətlərə böyük önəm verir.

Tərəflər həmçinin yaxın vaxtlarda ABŞ-da görüş keçirmək barədə razılığa gəliblər.


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar