O, cümə günü keçirilən tədbirdə deyib ki, əyalət iqtisadiyyatında kənd təsərrüfatının payı 17 faiz, sənayenin payı isə 25 faiz təşkil edir. Buna görə də Qərbi Azərbaycan sənaye əyaləti hesab olunmalıdır və onu yalnız kənd təsərrüfatı bölgəsi kimi təqdim etmək yanlışdır.
Səxavət Xeyirxah həmçinin əyalətdə 40 yeni mədən üçün lisenziya verildiyini açıqlayıb. Onun sözlərinə görə, bu müddətdə dörd kəşf sertifikatı və 13 kəşfiyyat lisenziyası təqdim edilib, qızıl hasilatı sahəsində fəaliyyət göstərəcək üç iri mədən müəssisəsi isə yaxın vaxtlarda işə başlayacaq.
Bununla yanaşı, məlumatda qeyd olunur ki, Azərbaycan əhalisi bu zəngin mədən ehtiyatlarından əldə olunan gəlirlərdən faydalanmır. Rəsmi dövlət statistikasına əsasən, Qərbi Azərbaycan İranın ən az inkişaf etmiş əyalətlərindən biri olaraq qalır.
Dövlətə məxsus Həmşəhri qəzeti daha əvvəl İran Statistika Mərkəzinin məlumatlarına əsasən inflyasiya, işsizlik və səfalət indeksini əhatə edən göstəriciləri dərc edib. Həmin statistikaya görə, Qərbi Azərbaycan işsizlik və səfalət baxımından ölkənin ən ağır vəziyyətdə olan əyaləti olub.
Ş.A