SON XƏBƏRLƏR

Axios: Ağ Ev Hörmüz boğazı ilə bağlı İranla uzunmüddətli qarşıdurmaya hazırlaşır

2026.07.09, 08:06
Axios: Ağ Ev Hörmüz boğazı ilə bağlı İranla uzunmüddətli qarşıdurmaya hazırlaşır

Axios nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Ağ Ev Hörmüz boğazı ilə bağlı İranla bir neçə gün, hətta bir neçə həftə davam edə biləcək qarşılıqlı hərbi zərbələrə hazırlaşır.

Gunaz.tv

Bildirilir ki, qarşıdurmanın müddəti və intensivliyi Tehranın növbəti addımlarından asılı olacaq.

ABŞ rəsmilərindən biri bildirib ki, İran rəhbərliyinin bir hissəsi son hadisələrdən narazı qalıb və "atəş açmağa başlayıb". Bu isə Vaşinqtonu daha sərt hərbi cavab verməyə sövq edib. Həmin rəsminin sözlərinə görə, ABŞ razılaşma əldə olunmasını gözləməyə hazırdır, lakin öz tələblərinə cavab verməyən heç bir sazişi qəbul etməyəcək.

Məlumata görə, hazırkı eskalasiya İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumları davam etdirib-etdirməyəcəyindən asılı olaraq "bir-iki gün", "bir həftə" və ya "bir ay" davam edə bilər.

"Axios"un yazdğına görə, əvvəlcə İranın raket imkanlarını və nüvə proqramını zəiflətmək məqsədi daşıyan kampaniya zamanla dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri olan Hörmüz boğazı üzərində açıq müddətli qarşıdurmaya çevrilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar