SON XƏBƏRLƏR

İran: ABŞ-İsrail müharibəsinə dəstək verən NATO ölkələri də məsuliyyət daşıyır

2026.07.09, 08:37
İran: ABŞ-İsrail müharibəsinə dəstək verən NATO ölkələri də məsuliyyət daşıyır

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar üçün öz ərazilərini, hərbi bazalarını və ya infrastrukturunu təqdim edən NATO üzvləri müharibəyə və onun nəticələrinə görə məsuliyyət daşıyırlar.

Gunaz.tv

Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

"NATO-nun baş katibi Mark Rüttenin açıqlamaları Avropa ölkələrinin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda bitərəf olmadığını göstərir." - Bəqayi deyib.

Mark Rütte İranın atəşkəsi pozmasından sonra ABŞ-ın İrana endirdiyi yeni zərbələrin "tamamilə zəruri" olduğunu bildirmişdi. O bildirmişdi ki, İran Hörmüz boğazında gəmilərə hücum etdikdə ABŞ buna "qətiyyətli şəkildə cavab verməli idi".

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar