The Jerusalem Post nəşrində İranda rejim dəyişikliyi üçün əsas yolun nə olduğuna dair təhlil yazısı dərc olunub.
İranda karbamid gübrəsinin qiyməti artıb; kənd təsərrüfatı məhsullarının istehsal xərcləri yüksəlir
İran parlamenti Müctəba Xameneinin Kəşfiyyat Nazirliyinə birbaşa nüfuzunu artırmağa çalışır
Təbriz İmam cüməsı ABŞ-ın bölgədən çıxarılmasını və İsrailin məhv edilməsini tələb etdi
Kərkükdə valilik yenidən türkmənlərə əmanət edilir
Tehran təxribata əl atmadığı müddətdə Tramp İrana zərbələri təxirə salmağı nəzərdən keçirir - Reuters
Təbrizdə hava çirkliliyi artdı
Polis Bəndər Abbasda mülki şəxsləri güllələdi
Rəsmi: İranda təxminən 20 milyon insan diabet və ya prediabetdən əziyyət çəkir
Savədə üç məhbus edam edilib
İranda polis zabiti öldürüldü
Təbrizdə- İspiran yolunda qəza- Ölən və yaralananlar var
Tramp gələn həftə Çində keçiriləcək üçtərəfli görüşdə Putin və Si Cinpinlə İran məsələsini müzakirə edəcək
Həmədanlı bəhainin evində axtarış aparılıb
İranda daha on nəfər həbs edildi
Kanal 13: İsrail ordusu İranla müharibənin yenidən başlaması üçün üç ssenari hazırlayır
Xameneini parodiya edən sənətçiyə həbs cəzası verildi
KƏŞ: İran Ərəb körfəzi ölkələrinə 7 mindən çox raket və dron atıb
İran müharibəsindən sonra ilk dəfə qlobal neft bazarında təklif tələbi üstələyib
Rubio: Nüvə silahına malik İran bütün regionu girov saxlaya bilər
“The Jerusalem Post”: İranda rejim dəyişikliyini necə həyata keçirmək olar? — Rəy
Axios: Mossad rəhbəri Vaşinqtona səfər edəcək
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
ABŞ-ın maliyyə naziri: “İranın məni öldürməklə hədələməsinə baxmayaraq, fəaliyyətimi davam etdirəcəyəm”
Tramp: “Elə indi hücum edə bilərik; razılaşmadan imtina etmişik”
CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib
SEPAH: ABŞ “kağız pələng”dir
Təbrizdə Azərbaycan dilində tamaşanın afişası təqdim olundu
Qərbi Azərbaycanda silahlı qarşıdurma olub
BAEA indiyədək yoxlamadığı İranın uran zənginləşdirmə müəssisəsi ilə bağlı ciddi narahatlığını açıqlayıb
İran “sıfır neft gəliri” ilə büdcə layihəsi hazırlayır- Qasemi
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İraq İranla daha bir sərhəd-keçid məntəqəsini bağladı
İran ABŞ ilə müharibəni Çinin dayandırmasını istəyir
Tramp Putin və Cinpinlə üçtərəfli görüş keçirməyə çağırıldı
“Ynet”: İran ABŞ-nin hərbi qərarlarını təxirə salmaq üçün oyun oynayır
İran əhalisinin sayı kəskin azalacaq- Xəbərdarlıq
ABŞ-ın 5-ci Donanmasının komandanı dəniz təhlükəsizliyi ilə bağlı müzakirələr aparmaq üçün İsrailə səfər edib
İranda daha üç məhbus edam edildi
BMT Təhlükəsizlik Şurası İranın dəstəklədiyi husilərə qarşı sanksiyaları uzadıb
Təbrizin Maşınqayırma Şirkətinin işçiləri işi dayandırıblar
ABŞ-dan deportasiya olunan iranlıları daşıyan təyyarə geri qayıdıb
Urmiyada üç nəfər dəm qazından həlak oldu
Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib
The Jerusalem Post nəşrində İranda rejim dəyişikliyi üçün əsas yolun nə olduğuna dair təhlil yazısı dərc olunub.
Analitiklər və müxalif fəallar arasında aparılan müzakirələr göstərir ki, İranda İslam Respublikasının devrilməsi yalnız farslarla yanaşı ölkənin müxtəlif etnik qruplarını – Güney azərbaycanlıları, kürdləri, bəlucları, ərəbləri (Əhvazlıları), lurları və digər xalqları birləşdirən geniş koalisiyanın yaradılması ilə mümkün ola bilər.
Məqalədə bu məqsədə tək bir hərəkat və ya lider vasitəsilə nail olmağın çətin olacağı qeyd edilir.
Müzakirələr İsrailin müdafiə naziri İsrael Katsın İsrailin hava dəstəyi ilə kürdlərin İrana quru hücumuna rəhbərlik etməsi ideyasını dəstəklədiyi barədə yayılan məlumatlardan sonra yenidən gündəmə gəlib. Bildirilir ki, plan Donald Tramp administrasiyasının etirazı səbəbindən həyata keçirilməyib.
Güney azərbaycanlı siyasi fəallar hesab edirlər ki, belə bir yanaşma müxalifətin birləşməsinə xidmət etmək əvəzinə etnik ziddiyyətləri daha da dərinləşdirə bilər.
Güney Azərbaycan Dövlətçilik Şurasının sədri Pınar Şakir bildirib ki, bəzi kürd təşkilatları ilə Güney Azərbaycan hərəkatları arasında uzun illərdir davam edən ərazi iddiaları və siyasi mübarizə üsullarına dair fikir ayrılıqları qarşılıqlı etimadın formalaşmasına mane olub.
"Güney Azərbaycan hərəkatları ilə bəzi kürd siyasi təşkilatları arasındakı münasibətlər uzun müddətdir ciddi çətinliklərlə müşayiət olunur", – deyə Şakir bildirib. Onun sözlərinə görə, ərazi iddiaları və silahlı mübarizə metodları tərəflər arasında uzunmüddətli əməkdaşlığın qarşısını alıb.
Şakir əlavə edib ki, Güney Azərbaycan hərəkatları əsasən siyasi və dinc fəaliyyətə üstünlük versələr də, beynəlxalq ictimaiyyət tərəfindən silahlı qruplarla müqayisədə daha az diqqət görürlər.
Savalan Araşdırmalar Mərkəzinin rəhbəri və Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin İdarə Heyətinin üzvü Sadiq İsabəyli isə Güney Azərbaycanın tarixən dövlətçilik ənənələrinin və siyasi təşkilatlanmanın əsas mərkəzlərindən biri olduğunu bildirib.
"Güney Azərbaycan sadəcə coğrafi məkan deyil, dövlətçilik yaddaşının, siyasi təşkilatlanma ənənəsinin və tarixi davamlılığın daşıyıcısıdır", – deyə İsabəyli qeyd edib.
İsabəyli 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaradılmış Güney Azərbaycan Milli Hökumətinə istinad edərək bildirib ki, həmin təcrübə demokratik özünüidarənin praktik nümunəsi olub və İranın digər xalqlarını da siyasi azadlıq və milli təmsilçilik uğrunda mübarizəyə ruhlandırmağı hədəfləyirdi.
Məqalənin yekun nəticəsində vurğulanır ki, İranda demokratik alternativin formalaşdırılması üçün Rza Pəhləvi kimi tək bir liderə və ya hər hansı bir etnik qrupa üstünlük verilməsi əvəzinə, ölkənin bütün xalqlarını təmsil edən geniş və çoxtərkibli müxalifət koalisiyasının yaradılması daha real və davamlı yol hesab olunur. Məqalədə həmçinin qeyd edilir ki, mümkün xarici dəstək ayrı-ayrı etnik qrupları ön plana çıxarmaq əvəzinə, bütün müxalif qüvvələrin əməkdaşlığını təşviq etməlidir.
Məqaləni buradan oxuya bilərsiniz: https://www.jpost.com/opinion/article-901452
Məqalənin Türkcəsi üçün: https://gunaz.tv/az/post/140338
- Cəfər Cəfərli
Tramp gələn həftə Çində keçiriləcək üçtərəfli görüşdə Putin və Si Cinpinlə İran məsələsini müzakirə edəcək
İranda daha on nəfər həbs edildi
Xameneini parodiya edən sənətçiyə həbs cəzası verildi
Rubio: Nüvə silahına malik İran bütün regionu girov saxlaya bilər
“The Jerusalem Post”: İranda rejim dəyişikliyini necə həyata keçirmək olar? — Rəy
Qərbi Azərbaycanda silahlı qarşıdurma olub
ABŞ-ın 5-ci Donanmasının komandanı dəniz təhlükəsizliyi ilə bağlı müzakirələr aparmaq üçün İsrailə səfər edib
BMT Təhlükəsizlik Şurası İranın dəstəklədiyi husilərə qarşı sanksiyaları uzadıb
ABŞ-dan deportasiya olunan iranlıları daşıyan təyyarə geri qayıdıb
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
Pezeşkian və Ərdoğan görüşdü
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
Üç şəhərdə daha yeddi məhbus edam edildi
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
Traktorun kapitanı : Heç bir komanda Traktor klubu qədər düşmənçiliklə üzləşmir – ölkənin bütün stadionlarında türklər təhqir olunur
Təbriz meri dörd şəhərin bu metropol şəhərə birləşdirilməsini istəyib
“Ciloluq” sənədli filmi İstanbulda keçirilən “Qorqud Ata” Türk Dünyası Film Festivalında nümayiş etdirilib
Güney Azərbaycanda mazut yandırılması ilə bağlı xəbərdarlıq: milyonlarla insanın sağlamlığı təhlükə altındadır
Xamenei "nə müharibə, nə sülh" vəziyyətinə son qoymağı tapışırıb- Pezeşkian
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
İlham Əliyev Ərdoğanı Şuşaya özü aparıb (Foto)
“Təbriz” mahnısının ifaçısı Fərzad Purəhməd vəfat edib (Video)
Türkiyənin Van əyalətində İran mikroavtobus yük maşını ilə toqquşub: Ölənlər var
Təbriz Universiteti və İrandakı digər 43 universitetin reytinq mövqeyi geriləyib