SON XƏBƏRLƏR

Regional vasitəçilər ABŞ-ı İrana qarşı yeni zərbələrdən çəkindirməyə çalışır – Axios

2026.07.10, 08:37
Regional vasitəçilər ABŞ-ı İrana qarşı yeni zərbələrdən çəkindirməyə çalışır – Axios

ABŞ regional gərginliyin azaldılması səyləri nəticəsində cümə axşamı İrana qarşı yeni hərbi zərbələr endirməkdən imtina edib.

Gunaz.tv

Bu barədə Axios ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Qətər, Pakistan və digər regional vasitəçilər ABŞ ilə İran arasında gərginliyi azaltmaq və nüvə danışıqlarını bərpa etmək üçün fəal diplomatik səylər göstərirlər. Axios bu barədə vasitəçilik edən ölkələrdən iki mənbəyə və bir ABŞ rəsmisinə istinad edib.

Xəbərdə bildirilir ki, çərşənbə günü Qətər, Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının rəsmiləri vəziyyəti sabitləşdirmək və texniki səviyyədə danışıqların növbəti mərhələsini təşkil etmək məqsədilə ABŞ və İran nümayəndələri ilə bir neçə telefon danışığı aparıblar.

Vasitəçilik prosesində iştirak edən regional mənbələrdən birinin sözlərinə görə, hazırda əsas məqsəd əvvəlcə gərginliyin azaldılmasına nail olmaq, daha sonra isə texniki nümayəndə heyətləri arasında növbəti danışıqların tarixini müəyyənləşdirməkdir.

ABŞ rəsmisi isə Axios-a açıqlamasında Tramp administrasiyasının "həll yolu tapmağa sadiq qaldığını" və texniki səviyyədə danışıqların davam etdiyini bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar