SON XƏBƏRLƏR

SEPAH-a bağlı media: ABŞ mövqeyini dəyişməyincə İran danışıqlara başlamayacaq

2026.07.11, 15:16
SEPAH-a bağlı media: ABŞ mövqeyini dəyişməyincə İran danışıqlara başlamayacaq

Tehran ABŞ mövcud mövqeyindən geri çəkilməyənə qədər Vaşinqtonla danışıqlara başlamayacaq.

Gunaz.tv

Bu barədə SEPAH-a bağlı Fars Xəbər Agentliyi şənbə günü İranın danışıqlar heyətinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İslam Respublikası ABŞ-dan danışıqlar aparmağı xahiş etməyib və Vaşinqtonun geri addım atıb-atmadığını daha əvvəl razılaşdırılmış tədbirlərin icra olunmasına əsasən qiymətləndirəcək.

Fars bildirir ki, həmin şərtlərə Livanda müharibəyə son qoyulması və qoşunların geri çəkilməsinin təmin edilməsi məqsədilə xüsusi işçi qrupunun yaradılması, Hörmüz boğazında gəmiçiliyin Tehranın irəli sürdüyü mexanizmlər əsasında tənzimlənməsi, eləcə də neft ixracının və tədarükünün normal səviyyəyə qaytarılması daxildir.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar