SON XƏBƏRLƏR

Müctəba Xamenei atasının öldürülməsinə görə qisas alınacağını vəd edib

2026.07.11, 15:18
Müctəba Xamenei atasının öldürülməsinə görə qisas alınacağını vəd edib

İranın ali lideri Müctəba Xamenei bildirib ki, atası və son iki müharibədə həlak olan digər şəxslərin qisası, onun və ya digər rəsmilərin vəzifədə olub-olmamasından asılı olmayaraq alınacaq.

Gunaz.tv

Xamenei bəyanatında deyib:

"Sizin pak qanınızın və bu iki müharibənin bütün şəhidlərinin qanının qatillərindən qisas alacağımıza söz veririk. Bu qisas xalqımızın tələbidir və mütləq həyata keçiriləcək."

O bildirib ki, bu hadisələrə görə məsuliyyət daşıyan şəxslər "yataqlarında rahat ölmək ümidini özləri ilə məzara aparacaqlar" və əlavə edib ki, qisas onun və ya digər rəsmilərin mövcudluğundan asılı deyil.

"Biz burada olsaq da, olmasaq da, bu baş verəcək. Yaxın zamanda dünyanın müxtəlif yerlərində azadlıq tərəfdarı olan insanlar bu ilahi missiyanın bir hissəsini həyata keçirəcəklər."

Bəyanat 9 iyul tarixi ilə, Əli Xameneinin Məşhəddə dəfn edildiyi günə aid edilsə də, şənbə günü ictimaiyyətə açıqlanıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar