SON XƏBƏRLƏR

İranın dəstəklədiyi terrorçu qruplar: Silahlarımızı təhvil verməyəcəyik

2026.07.11, 17:41
İranın dəstəklədiyi terrorçu qruplar: Silahlarımızı təhvil verməyəcəyik

Tehrana yaxın silahlı qruplar İraqda tərksilah olunmaqdan imtina ediblər.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın dəstəklədiyi bir neçə şiə qruplaşmasını birləşdirən “İraq İslam Müqaviməti” koalisiyası silahlarının “müzakirə mövzusu olmadığını” bildirib və onları təhvil vermək niyyətində olmadığını açıqlayıb.

Koalisiya yaydığı bəyanatda vurğulayıb: “Bütün gücümüzlə hərbi və təhlükəsizlik imkanlarımızın inkişafı, eləcə də sionist–Amerika düşmənindən qaynaqlanan artan təhdidlərə uyğun hazırlıq səviyyəsinin yüksəldilməsi üçün çalışacağıq.”

Bu bəyanat İraq hökumətinin silahlı qruplara silahlarını 30 sentyabradək təhvil vermələri üçün möhlət verməsindən sonra yayılıb. Bağdad bildirib ki, bu tarixdən sonra dövlət nəzarətindən kənarda olan bütün silahlar qanun çərçivəsində təqib ediləcək.

İraq hökuməti bu planın məqsədinin silah daşımaq səlahiyyətini yalnız dövlətin nəzarətinə vermək və “Həşd əş-Şəbi” də daxil olmaqla silahlı qrupları rəsmi təhlükəsizlik strukturlarına tam inteqrasiya etmək olduğunu açıqlayıb.

“Kətaib İmam Əli” və “Əsəib Əhl əl-Həqq” qrupları hökumətlə əməkdaşlığa hazır olduqlarını bildirsələr də, İrana daha yaxın olan “Kətaib Hizbullah İraq”, “Hərəkət ən-Nücəba” və “Kətaib Seyyid əş-Şühəda” qrupları tərksilahı rədd edərək silahlarını qoruyacaqlarını bəyan ediblər.

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar