SON XƏBƏRLƏR

WSJ: İsrail hesab edir ki, İran sentrifuqaları Külüng dağındakı tunellərə köçürüb

2026.07.21, 10:49
WSJ: İsrail hesab edir ki, İran sentrifuqaları Külüng dağındakı tunellərə köçürüb

İran ötən ilin payızında uranın zənginləşdirilməsi üçün istifadə olunan minlərlə sentrifuqanı Pickaxe dağının dərinliklərində yerləşən tunellərə köçürüb.

Gunaz.tv

Bu barədə The Wall Street Journal qəzeti İsrail və ABŞ rəsmilərinə istinadən bildirib.

Məlumata görə, İsrail bu kəşfiyyat məlumatlarını ABŞ-la bölüşərək bildirib ki, sentrifuqalar 2025-ci ilin iyununda baş vermiş müharibə zamanı ABŞ və İsrailin İranın üç əsas nüvə obyektinə endirdiyi zərbələrdən sonra həmin əraziyə daşınıb.

Qəzet qeyd edir ki, sentrifuqaların bu əraziyə köçürülməsi İranın burada uranın zənginləşdirilməsi müəssisəsi yaratdığı anlamına gəlmir. Bildirilir ki, Tehran hücumlardan salamat qalan avadanlıqları qorumaq məqsədilə onları yeraltı tunellərdə saxlamış ola bilər.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar