SON XƏBƏRLƏR

Reuters: Omanın təklif etdiyi yeni Hörmüz planı İranın boğaz üzərində hakimiyyətini məhdudlaşdırır

2026.07.28, 11:13
Reuters: Omanın təklif etdiyi yeni Hörmüz planı İranın boğaz üzərində hakimiyyətini məhdudlaşdırır

Körfəz regionundan olan bir mənbənin çərşənbə axşamı Reuters agentliyinə verdiyi məlumata görə, Oman Hörmüz boğazının idarə olunması üçün könüllü ödənişlərə əsaslanan birgə regional mexanizm təklifini İrana təqdim edib.

Gunaz.tv

Mənbənin sözlərinə görə, region ölkələrinin dəstəklədiyi bu təklifə əsasən, İran strateji əhəmiyyət daşıyan su yoluna təkbaşına nəzarət etməyəcək.

Təklif Malakka boğazında tətbiq olunan model əsasında hazırlanıb. Həmin modeldə boğazdan istifadə edən tərəflər könüllü şəkildə naviqasiyanın maliyyələşdirilməsi, ətraf mühitin mühafizəsi, axtarış-xilasetmə əməliyyatlarının təşkili üçün vəsait ayırırlar.

İranın xarici işlər naziri Abbas Əraqçi bazar ertəsi Omanın və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə Hörmüz boğazı məsələsini müzakirə edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar