SON XƏBƏRLƏR

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb

2026.07.31, 11:10
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb.

Gunaz.tv

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıb.

“Qırğızıstan-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiyalar, təhlükəsizlik, təhsil və digər istiqamətlərdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün böyük potensiala malikdir. Ümid edirik ki, bugünkü danışıqlar ənənəvi olaraq qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq şəraitində keçəcək. Danışıqların yekununda ikitərəfli əlaqələrin gələcək inkişafına xidmət edəcək mühüm razılaşmalar əldə olunacaq. Həmin razılaşmaların ardıcıl icrası ümumi məqsədimizə nail olmağa, Qırğızıstan və Azərbaycan xalqlarının rifahının yüksəldilməsinə töhfə verəcək. Bugünkü görüşün əsas siyasi nəticəsi isə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması olacaq. Sizi və bütün Azərbaycan nümayəndə heyətini qonaqpərvər Qırğızıstan torpağında bir daha ürəkdən salamlayıram”, - deyə ”, - deyə Qırğızıstan Prezidenti qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar