SON XƏBƏRLƏR

Telegraph: ABŞ və İsrail İranın qurudan blokadasını müzakirə edib

2026.07.31, 14:03
Telegraph: ABŞ və İsrail İranın qurudan blokadasını müzakirə edib

ABŞ və İsrail İrana iqtisadi təzyiqi artırmaq məqsədilə ölkəyə qarşı quru blokadasının tətbiqi imkanını müzakirə ediblər.

Gunaz.tv

Bu barədə "The Telegraph" qəzeti israilli rəsmilərə və müzakirələrdən məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə Ağ Evdə keçirdikləri görüş zamanı İrana qarşı təzyiqin "hərbi və qeyri-hərbi vasitələrlə" artırılması məsələsini müzakirə ediblər.

"The Telegraph" yazır ki, nəzərdən keçirilən variantlardan biri İranla həmsərhəd olan ölkələrin, o cümlədən İraq və Pakistanın sərhəd-keçid məntəqələrinə nəzarəti sərtləşdirməyə və ya onları bağlamağa razı salınmasını nəzərdə tutur. Bu addım İranın idxal və ixrac əməliyyatlarını məhdudlaşdırmağa yönəlib.

Məlumatda qeyd olunur ki, belə bir plan İranın İraq, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Ermənistan və Azərbaycanla uzun quru sərhədlərinə malik olması səbəbindən ciddi logistik və siyasi çətinliklərlə üzləşə bilər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar