SON XƏBƏRLƏR

CNN: CENTCOM İrana təzyiq üçün yaradıcı və qeyri-ənənəvi üsullar axtarır

2026.08.03, 11:52
CNN: CENTCOM İrana təzyiq üçün yaradıcı və qeyri-ənənəvi üsullar axtarır

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana təzyiq göstərmək və onu "cəzalandırmaq" üçün "yeni, yaradıcı və qeyri-ənənəvi üsullar" barədə hərbi analitiklərdən təkliflər istəyib.

Gunaz.tv

Bu barədə CNN məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, CENTCOM-un kəşfiyyat bölməsinin yüksək rütbəli zabiti çərşənbə günü geniş analitik qrupuna elektron poçt vasitəsilə belə məzmunlu müraciət göndərib.

CENTCOM-un sözçüsü kapitan Timoti Hokins komandanlığın innovativ iş üsullarından istifadə etmək ənənəsinə malik olduğunu bildirib. O əlavə edib ki, "xüsusilə admiral Kuper mümkün olan ən yüksək əməliyyat səmərəliliyinə nail olmaq üçün rütbəsindən asılı olmayaraq komandamızın üzvlərinin fikirlərinə müraciət edir."

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar