SON XƏBƏRLƏR

KTMT Ermənistanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək

2026.08.04, 11:05
KTMT Ermənistanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Rusiyanın KTMT-dəki nümayəndəsi Viktor Vasilyev RİA Novosti-yə bildirib ki, Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrda müzakirə oluna bilər.

Onun sözlərinə görə, məsələnin müzakirəsi noyabrın 11-də Moskvada KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında müzakirəyə çıxarılacaq.

Vasilyev vurğulayıb ki, KTMT Nizamnaməsinin 25-ci maddəsi təşkilatın büdcəsinə iki il ərzində borcun ödənilməməsi halında vətəndaşların kvota üzrə vəzifələrə namizədlik hüququnun, habelə strukturda səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü özündə əks etdirir.

Qeyd edək ki, yuxarıda qeyd olunan vəziyyət iki ildən artıqdır qüvvədədir. Belə ki, Ermənistan Katiblikdəki kvota vəzifələrinə vətəndaşlarının namizədliyini irəli sürmür, eyni zamanda KTMT-nin Birləşmiş Qərargahından öz nümayəndələrini geri çağırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar