SON XƏBƏRLƏR

Xərazzi: Xamenei Milli Təhlükəsizlik Şurasının katibini dəyişməyi planlaşdırır

2026.08.04, 11:14
Xərazzi: Xamenei Milli Təhlükəsizlik Şurasının katibini dəyişməyi planlaşdırır

Məhəmməd-Baqir Xərazzi iddia edib ki, İranın Ali Lideri Milli Təhlükəsizlik Ali Şurasının katibi Məhəmməd-Baqir Zülqədri vəzifədən kənarlaşdıraraq onun yerinə özünün hərbi müşaviri Möhsün Rzaini təyin etməyi planlaşdırır.

Gunaz.tv

"Onlar cənab Zülqədri dəyişəcəklər və onun yerini cənab Möhsün Rzai tutacaq", – deyə Xərazzi bildirib.

Xərazzi həmçinin iddia edib ki, xarici işlər naziri Abbas Əraqçiyə "heç bir halda danışıqlara müdaxilə etmək hüququnun olmadığı" bildirilib. O, Əraqçini diplomatik prosesdən dəfələrlə geri çəkilməklə hədələməkdə ittiham edib.

İnqilab Keşikçiləri Korpusunun keçmiş komandir müavini olan Məhəmməd-Baqir Zülqədr 2026-cı il martın 24-də müharibə zamanı həlak olmuş Əli Laricaninin yerinə Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib. Onun təyinatı Ali Lider tərəfindən təsdiqlənib və Prezident Məsud Pezeşkian tərəfindən rəsmiləşdirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar