SON XƏBƏRLƏR

ABŞ bu gün Hörmüz boğazının yenidən açılması üçün müvəqqəti razılaşmanı elan edə bilər

2026.08.05, 10:57
ABŞ bu gün Hörmüz boğazının yenidən açılması üçün müvəqqəti razılaşmanı elan edə bilər

ABŞ, İran və Oman Sultanlığı Hörmüz boğazının yenidən açılması üçün müvəqqəti razılığa gəlməyə yaxındırlar.

Gunaz.tv

Bu barədə “Axios”, ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə ABŞ, çərşənbə günü Hörmüz boğazının yenidən açılması üçün müvəqqəti razılaşmanı elan etməyə çalışır.

Saziş Oman və İran arasında Hörmüz boğazında 60 gün müddətinə müvəqqəti razılaşmanı nəzərdə tutur və bu müddət uzadıla bilər.

Sazişdə 60 günlük müddət ərzində Hörmüz boğazından keçmək üçün heç bir ödənişin tətbiq olunmayacağı nəzərdə tutulur.

Məlumatda bildirildiyinə görə, İran XİN rəhbəri Abbas Əraqçi sazişə ilkin olaraq razılıq verib. Lakin saziş Ali Rəhbər və Milli Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənməlidir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar