SON XƏBƏRLƏR

İranlı deputat: ABŞ regionu tərk etməyənə qədər Hörmüz boğazı bağlı qalacaq

2026.08.06, 11:09
İranlı deputat: ABŞ regionu tərk etməyənə qədər Hörmüz boğazı bağlı qalacaq

Hörmüz boğazı dəniz blokadası aradan qaldırılmayana, ABŞ regionu tərk etməyənə və İrana qarşı təhdidlər sona çatmayana qədər bağlı qalacaq.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının katibi Bəhnam Səidi bildirib.

"Dəniz blokadası ləğv olunmayana, ABŞ regionu tərk etməyənə və təhdidlər bitməyənə qədər boğaz yenidən açılmayacaq," – deyə Səidi bildirib.

O qeyd edib ki, Tehran və Məsqət arasında aparılan danışıqlar yalnız Hörmüz boğazından keçən gəmiçilik marşrutları ilə bağlıdır və boğazın açılıb-bağlanmasına yalnız İran qərar verəcək.

"Hörmüz boğazı İslam Respublikası üçün mühüm strateji üstünlükdür və onun çəkindirici gücü atom bombasından daha böyükdür," – deyə Səidi əlavə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar