SON XƏBƏRLƏR

"Kayhan": İran-Oman anlaşması əslində ABŞ ilə razılaşmadır

2026.08.06, 11:12
"Kayhan": İran-Oman anlaşması əslində ABŞ ilə razılaşmadır

Hörmüz boğazı ilə bağlı İran və Oman arasında əldə olunan anlaşma faktiki olaraq Tehranla Vaşinqton arasında bağlanmış razılaşma kimi qiymətləndirilməlidir.

Gunaz.tv

Bunu İranın sərt xətt tərəfdarı olan "Kayhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari bildirib.

Ali Lider Müctəba Xameneinin "Kayhan" qəzetindəki nümayəndəsi olan Şəriətmədari yazıb:

"Omanın ABŞ-dan dərin asılılığını nəzərə alsaq, 'İran və Oman arasında anlaşma' ifadəsi əslində 'İran və ABŞ arasında anlaşma' kimi başa düşülməlidir."

O, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadinin bu anlaşmanın Hörmüz boğazının yenidən açılması anlamına gəlmədiyi barədə açıqlamasını da şübhə altına alıb. Şəriətmədarinin fikrincə, gəmilərin boğazdan keçməsinə icazə verilməsi faktiki olaraq onun yenidən açılması deməkdir.

"İslam Respublikası niyə ölkənin müdafiəsi üçün ən əsas və ən təsirli vasitələrindən birindən imtina etməlidir?" – deyə o yazıb və bu addımı "düşmən üçün qaçış yolunun açılması" kimi qiymətləndirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar