SON XƏBƏRLƏR

CNN: Səudiyyə Ərəbistanı İraqdakı silahlı qruplar və husilərin mümkün hücumlarına hazırlaşır

2026.08.07, 11:13
CNN: Səudiyyə Ərəbistanı İraqdakı silahlı qruplar və husilərin mümkün hücumlarına hazırlaşır

Səudiyyə Ərəbistanı enerji obyektlərinə, limanlara və hava limanlarına qarşı İraqdakı silahlı qruplar və İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilə biləcək koordinasiyalı hücumlara hazırlaşır.

Gunaz.tv

Bu barədə CNN Səudiyyə rəsmisinə istinadən məlumat yayıb.

Rəsminin sözlərinə görə, Səudiyyə Ərəbistanı, ABŞ və digər regional ölkələrin kəşfiyyat məlumatları hücumların "çox yaxın zamanda" İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi altında həyata keçirilə biləcəyini göstərir.

Rəsmi bildirib ki, Səudiyyə Ərəbistanı İraqdakı silahlı qrupların üzvləri, husilər və SEPAH nümayəndələrinin iştirakı ilə keçirilən görüşləri, həmçinin pilotsuz uçuş aparatları və raketlərin hərəkətini qeydə alıb.

"Səudiyyə Ərəbistanı istənilən təcavüzə qarşı bütün zəruri tədbirləri görəcək," – deyə rəsmi bildirib və əlavə edib ki, Ər-Riyad regionda gərginliyin azaldılması istiqamətində səylərini davam etdirəcək.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar