SON XƏBƏRLƏR

Fox News: İsrail və ABŞ İranla gərginlik fonunda "Arrow" raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib

2026.08.07, 11:31
Fox News: İsrail və ABŞ İranla gərginlik fonunda "Arrow" raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib

İsrail və ABŞ uzun mənzilli ballistik raket təhdidlərinə qarşı müdafiə imkanlarını gücləndirmək məqsədilə keçirilən birgə təlim çərçivəsində "Arrow" raketdən müdafiə sistemini cümə axşamı uğurla sınaqdan keçiriblər.

Gunaz.tv

Bu barədə Fox News məlumat yayıb.

Məlumata görə, sınaq İsrailin Raketdən Müdafiə Təşkilatı və ABŞ-ın Raketdən Müdafiə Agentliyi tərəfindən ələkeçirmə sisteminin qiymətləndirilməsi və təkmilləşdirilməsi məqsədilə həyata keçirilən davamlı proqram çərçivəsində baş tutub.

"Arrow" İsrailin uzun mənzilli ballistik raketlərə qarşı əsas müdafiə sistemidir və İranın, eləcə də İranın dəstəklədiyi silahlı qrupların, o cümlədən Yəməndəki husilərin həyata keçirdiyi raket hücumlarının qarşısının alınmasında istifadə olunur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar