Hər iki mənbənin sözlərinə görə, rejimin ən yüksək dairələrində Müctəba Xameneinin vəziyyətinin son dərəcə ağır olduğu və hər an vəfat edə biləcəyi barədə şayiələr geniş yayılıb.
Müctəba Xamenei ali rəhbər vəzifəsini üzərinə götürdükdən sonra ictimaiyyət qarşısına çıxmayıb və heç bir çıxış etməyib. İndiyədək yalnız ona aid olduğu bildirilən bir neçə məktub rəsmi xəbər agentlikləri tərəfindən yayımlanıb. Onun uzun müddətdir görünməməsi İslam Respublikasının üçüncü Ali Liderinin səhhəti və həyatda olub-olmaması ilə bağlı fərziyyələri daha da gücləndirib.
Pezeşkian hökumətinə yaxın bir mənbə Nazirlər Kabinetinin heç bir üzvünün indiyədək Müctəba Xamenei ilə görüşmədiyini təsdiqləyərək bildirib ki, onun fiziki vəziyyəti ağırdır.
"Yaxın vaxtlarda onun şəhid olması xəbəri gəlsə, buna təəccüblənmərik," – deyə mənbə bildirib.
C