SON XƏBƏRLƏR

İran ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçməsini qadağan etməyə çalışır – WSJ

2026.08.08, 10:26
İran ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçməsini qadağan etməyə çalışır – WSJ

İran rəsmiləri Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərin boğazdan keçməsinə qadağa qoyulmasını tələb edirlər.

Gunaz.tv

u barədə The Wall Street Journal (WSJ) cümə günü danışıqlardan xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri vasitəçilərə bildiriblər ki, Vaşinqton boğazdan keçən gəmilərə qarşı İranın məhdudiyyətlərini və ya rüsumlarını qəbul etməyəcək.

Qəzetin məlumatına əsasən, razılaşmanın ilkin layihəsində müvəqqəti olaraq İran sahilləri yaxınlığında giriş istiqamətində bir gəmiçilik zolağının, Oman sahilləri yaxınlığında isə çıxış istiqamətində başqa bir zolağın yaradılması nəzərdə tutulur.

Bunun müqabilində Tramp administrasiyası Tehran boğazı heç bir maneə olmadan açdığı təqdirdə, İrana məxsus limanlara tətbiq etdiyi dəniz blokadasını aradan qaldıracaq.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar